Məhsulun üstünlükləri

İsti, səs, su ve yanğına davamlılıq izolyasiyası təmin edir

THERMONaturalın ən vacib xüsusiyyətlərindən biri hem soyuğa hem de istiyə qarşı izolyasiyanı təmin edir. Fasiləsiz izolyasiya təmin edərək daxili və xarici mühitlər arasında temperatur köprülərinin yaranmasına icazə evrmir və istilik itkisinin qarşısıı alır. Bütün tikinti səthlərinə, o cümlədən əyri səthlərə tətbiq oluna bilər.

Nəmi və kiflənmənin qarşısını alır

Aşağı buxar diffuziya müqavimət faktoru sayəsində daxili nəmlik asanlıqla çıxarılır və binanın nəfəs almasına imkan verir.

Su izolyasiyasını dəstəkləyir

Binalarda su izolyasiyası mühüm problemdir. Divarlarda yarana biləcək rütubətin, kif və nəmin suvaqla qarşısını almaq mümkündür.

Ekoloji olaraq təmiz

Komponentləri təbii maddələrdən ibarət olan THERMONatural tərkibində radioaktiv və kanserogen maddələr yoxdur və təkrar emal oluna bilər. Ekoloji cəhətdən təmiz material olduğundan insan sağlamlığına maksimum əhəmiyyət verir.

Zərbəyə davamlı

Təzyiq müqaviməti kifayət qədər yüksəkdir və eyni zamanda təsirlərə qarşı son dərəcə davamlı bir materialdır. Ani temperatur dəyişiklikləri nəticəsində yaranan büzülmə çatlarına səbəb olmur.

Çox Yüngüldür

Normal mayedən (sudan) təxminən 6 dəfə yüngüldür. Bu xüsusiyyət zəlzələ təhlükəsizliyi üçün son dərəcə vacibdir. Bundan əlavə, binanın ölü yükünün azalması səbəbindən ümumi avadanlıqlarda əhəmiyyətli qənaət var.


Asanlıqla rənglənə bilər

Çöldə 20 dərəcə ətraf temperaturda 72 saatdan sonra rənglənməyə hazırdır. Tez başa çatdırılması lazım olan layihələrdə rənglənməyə hazır olmaq mühüm üstünlükdür. Lazım gələrsə, xaricdən ağ qoruyucu örtük olmadan tətbiq oluna bilər.

Ekonomdur

Daxili və çöl divarlara kobud və nazik suvaq əvəzinə tətbiq oluna bildiyi üçün həm daxili, həm də çöl divarlarda incə və kobud suvaq xərclərini tamamilə aradan qaldırır, materiala, vaxta və əməyə qənaət edir.

Tətbiqi çox rahatdır

Hər növ strukturlarda; Kərpic, məsaməli beton, xam beton, keramika və beton plitələr kimi materiallardan hazırlanmış müxtəlif divar elementlərinə heç bir aralıq emal olmadan birbaşa tətbiq oluna bilər. Suvaq vuran aparatla böyük səthlərə tətbiq edilir, əmək, vaxt, tətbiq asanlığı və qənaət təmin edilir.

Temperatur körpülərini aradan qaldırır

Gips forması sayəsində oval səthlərə asanlıqla tətbiq olunur və izolyasiyanı zəiflədən istilik körpülərini aradan qaldırır.

Ayrı-ayrı hissələrə tətbiqi asandır

THERMONatural tətbiq olunduğu səthlərin asanlıqla hisələrlə yenilənməsinə imkan verir. Səthlərdə xarici amillər və ya hər hansı bir vəziyyət nəticəsində yarana biləcək problemlər izolyasiya ilə qorunur və həmin hissənin təmiri ilə düzəldilir.